Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Quba 52 saylı seçki dairəsindən deputatlığa namizəd Vahid Əhmədov Möhüc kənd tam orta məktəbində Möhüc və Gültəpə kəndlərindən olan seçiciləri ilə görüşüb.
100-ə yaxın sakinin iştirak etdiyi görüşdə namizədin vəkilləri tərəfindən V.Əhmədov haqqında məlumat verilib, onun platformasından danışılıb. Daha sonra kənd sakinləri təkliflərini veriblər. Bildirilib ki, Möhüc kəndində əsas problemlərdən biri yolun yararsız vəziyyətdə olmasıdır.Çıxış edənlər bildirib ki, kəndin əsas problemlərindən biri də içməli su peroblemi olub. Məhz Vahid Əhmədova müraciətdən sonra kənddə içməli su probleminin aradan qaldırlması istiqmətində yeni su xətti çəkilib, anbar tikilib. Lakin yenidən bu istiqamətdə işlərin aparılmasına ehtiyac var.
Bu problemlərin həlli istiqamətində sakinlər Vahid Əhmədova inandıqlarını qeyd ediblər.
Bildirilib ki, ötən seçkilərdən öncə Vahid Əhmədova edilən təkliflərin hər biri yerinə yetirilib. Bu səbəbdən millət vəkilliyinə namizəd və hazırkı deputata təşəkkürlərini bildirən kənd sakinləri bir daha Vahid Əhmədovu özlərinin deputatı görmək istədiklərini qeyd ediblər.
Tülər kəndində baş tutan görüşdə Tülər kənd sakinləri ilə yanaşı Tüləkəran kənd sakinləri də iştirak edib.
Görüşdə kənd sakinləri əsas problemlərin yol infrastrukturunun və içməli su probleminin həll edilməsi olub.
Görüşə gəldikləri üçün sakinlərə təşəkkürünü bildirən Vahid Əhmədov qeyd olunan problemlərin həlli istiqamətində aidiyyatı qurumları məlumatlandıracağını bildirib. Daha sonra ölkədə cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticələrindən danışıb, sahibkarlığın inkişafı istiqamətində son günlərdə cənab Prezidentin imzaladığı sərəncam və fərmanların əhəmiyyətini qeyd edib.
İspik kəndində baş tutan növbəti görüşdə millət vəkilliyinə namizəd Vahid Əhmədov kənd məktəbində 50-dən artıq kənd sakinini dinləyib, problemləri ilə maraqlanıb.
İspik kəndi ilə Quba şəhəri arasında 8 km-lik məsafə olsa da, kəndin yol infrastrukturu bərbad vəziyyətdədir. Bu problem görüşdə qaldırlan əsas mövzulardan olub. Kənd sakinlərindən Abmüslüm Siracov çıxışında iş yerlərinin açılmasını, kəndin yolunun düzəldilməsini, eyni zamanda kəndin şəhidi olan və məktəbə adı verilmiş Neman Dadaşovun büstünün məktəbin həyətində qolyulması kimi təkliflər verib. Balaşirin Məmmədov kənddə işıq dirəklərinin istismar müddətini keçdiyini, bir çoxunun yıxıldlğını və kənd sakinləri tərəfindən kustar üsulla bərpa edildiyini diqqətə çatdıraraq dirəklərin yeniləri ilə əvəz edilməli olduğunu bildirib.Raifə Laçınova kənd qadınları adından çıxış edərək bütün kənd sakinləri kimi qadınların da seçkilərdə mütəşəkkil iştirak edəcəyini və Vahid Əhmədova səs verəcəklərini bildirib.
Məktəbin müəllimi Üzeyir Məmmədov isə məktəbin hasara alınmasının vacibliyini vurğulayıb.
Görüşə gəldiklərinə görə seçicilərinə təşəkkürünü bildirən Vahid Əhmədov qeyd olunan problemlərin ona bəlli olduğunu, bu istiqamətdə həmişə olduğu kimi yenə də öz fəaliyyətini davam etdiricəyini bildirib, ölkədə aparılan uğurlu daxili və xarici siyasətdən danışıb, sahibkarlığın inkişafı istiqmətində atılan uğurlu addımlardan söhbət açıb.
Hamını 1 noyabr seçkilərində mütəşəkilliyə dəvət edərək ölkəmizdə bu seçkilərin də demokratik inkişafa dəstək olacağını bildirib. Dağ yəhudilərinin məskunlaşdığı Qırmızı qəsəbədə baş tutan görüşdə 200-ə yaxın seçici iştirak edib.
Namizədin vəkilləri çıxş etdikdən sonra söz alan dağ yəhudiləri dini icmasının sədri, “Şöhrət” ordenli Boris Simanduyev Vahid Əhmədovun uğurlu deputatlıq fəaliyyətindən danışıb, daim onun xalqla, sakinlərlə maraqlandığını bildirib, problemlərin həlli istiqamətində yorulmadan çalışdığını nəzərə çatdırıb və bütün bu xüsusiyyətlərinə görə Vahid Əhmədovun yenə də millət vəkili olmağa layiq olduğunu qeyd edib.
Hamını bir nəfər kimi 1 noyabr seçkilərində Vahid Əhmədova səs verməyə çağırıb. Dağlı kənd sakini Əliheydər Əliməmmədov bələdiyyə sədrinin fəaliyyətsizliyindən, ona düşən əmlak torpağının verilməməsindən şikayət edib, bu işdə ona kömək etməyi xahiş edib.
Maisə İbrahimova isə qaz problemindən danışıb, borca görə qazının kəsildiyini bildirib. Qeyd edib ki, onun borcu olmadığı ödədiyi qəbzlərlə təsdiq olunsa da aidiyyatı qurum tərəfindən yazılmış borc silnməyib.
Bu məsələni araşdıracağını və vətəndaşa kömək etməyə çalışacağını bildirən namizəd Vahid Əhmədov seçicilərinə təşəkkür edib, növbəti dəfə seçildikdən sonra da həmişə olduğu kimi onlara arxalanaraq daim haqqın tərəfində duracağını qeyd edib.
Daha sonra ölkədəki ictimai siyasi, iqtisadi vəziyyət haqqında seçicilərinə məlumat verən Vahid Əhmədov ölkəmzin inkişafı və müstəqilliyinin qorunmasında da cənab Prezidentin apardığı siyasəti daim dəstəklədiyini diqqətə çatdırıb və ölkəmizin müstəqilliyinin daimi, dönməz və əbədi olacağını qeyd edib.