Modern.az

Qarabağ əlillərindən Rafael Cəbrayılova dəstək - FOTOLAR

Qarabağ əlillərindən Rafael Cəbrayılova  dəstək  - FOTOLAR

26 Oktyabr 2015, 14:52


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun  növbəti görüşü Qarabağ əlilləri ilə keçirilib.

Seçki qərərgahında baş tutan görüşdə Rafael Cəbrayılov vətən uğrunda canını sipər edən vətən oğulları ilə görüşməkdən məmnun olduğunu bildirdi. Hər zaman dövlətin diqqət mərkəzində olan bu insanların qayğı və problemlərinin həlli istiqamətində fəaliiyət istiqamətinin prinsiplərindən çıxış edən namizəd,  1 noyabr seçki günü hər kəsi aktiv olaraq seçkidə iştirak etməyə dəvət etdi.

Qazilər birliyinin sədri Seymur Bədəlov çıxış edərək bütün Qarabağ əlillərinin Rafael Cəbrayılova dəstək olduqlarını bildirdi. Rafael Cəbrayılova uğurlar arzulayan Qarabağ əlilləri  bəzi məsələlərin həlli istiqamətində müzakirələr apardılar. Çıxış edən digər Qarabağ əlilləri də Rafael Cəbrayılovun müsbət xarakterizə olunan fəaliyyətindən danışaraq, 1 noyabr tarixində ona səs verəcəklərini bilddirdilər.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM