Bir qrup QHT 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
Adil Əliyevin seçki qərargahından verilən məlumata görə, QHT-lər bu addımı millət vəkilinin fəallığını və digər sahələrdə gördüyü işləri nəzərə alaraq atdıqlarını bəyan ediblər. Adil Əliyevi dəstəkləyən QHT-lər bunlardır:1. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti
2. Gənc İşgüzar Qadınlar Klubu
3. Qarabağ Müharibəsi və Veteranlarına, Şəhid Ailələrinə və Əlillərinə Sosial Mədəni Yardım
4. Azərbaycan Əlillər Cəmiyyətinin Mərkəzi İdarə Heyəti
5. Azərbaycan Əlillər Cəmiyyəti Nərimanov Rayon Əlillər Şöbəsinin İdarə Heyəti
6. Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin Nərimanov Rayon Şöbəsi
7. Milli Qəhrəmanları Tanıtma İctimi Birliyi
8. Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi
9. Psixonevroloji uşaq evi.
Modern.az