Əfqanıstanda bu gün baş verən 7,7 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı artmaqdadır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Əfqanıstanda 5, Pakistanda isə 15 nəfərin ölümünə səbəb olub. Bundan başqa, hər iki ölkədə 350-dən artıq insanın yaralandığı bildirilir.
Zəlzələnin təsiri Qazaxıstan, Tacikistan, Rusiya, Azərbaycan və İranda da hiss olunub.
Vüqar İsmayılov