Modern.az

Məlahət İbrahimqızı gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirdi – FOTOLAR

Məlahət İbrahimqızı gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirdi – FOTOLAR

26 Oktyabr 2015, 15:25


Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı və onun Gənclər Birliyi  tərəfindən  bu günlərdə  Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” adı ilə  Futsal dostluq yarışması keçirilib.

Modern.az xəbər verir ki, yarışmada YAP Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin  4 komandasından ibarət  həvəskar futbolçuları I, II və III yerlər uğrunda dostluq oyunları nümayiş etdiriblər.

Yarışda 500-dən çox YAP fəalı, gənclər və mikrorayon sakini tamaşaçı kimi iştirak edib. Yarışmanın ilk oyununda  təşkilatın sədri,  millət vəkili Məlahət İbrahimqızı  gənclərin bu təşəbbüsünü əhəmiyyətini qeyd edərək, ölkəmizdə möhtərəm prezident  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin  çoxsaylı nailiyyətlərindən danışaraq xalqımızın bu nailiyyətləri  yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. 

Millət vəkili ölkəmizin  ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni-humantiar  həyatında mühüm rola malik və eyni zamanda potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına toplayan Yeni Azərbaycan Partiyası gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlamasından və Azərbaycan gəncliyin önündə yeni üfüqlər açmasından da danışdı.

Qeyd edək ki, yekun oyun bu ayın 29-da keçiriləcək və qaliblər finalda YAP partiyası Nəsimi Rayon Təşkilatı tərəfindən mükafatlandırılacaq.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM