Modern.az

Bakıda biabırçı xətalar - FOTOLAR

Bakıda biabırçı xətalar - FOTOLAR

26 Oktyabr 2015, 15:46

Ölkədə bəzi iaşə və xidmət obyektlərin adlarında, o cümlədən elan və xəbərdarlıq lövhələrində orfoqrafik səhvlərə yol verilir. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il aprelin 9-da imzaladığı sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiqlənsə və bu yöndə monitorinqlər aparılsa da, sözügedən yanlışlıqların aradan qaldırılması istiqamətində müvafiq qurumlar operativ tədbirlər görmür. Nəticədə dövlət dilinin tələblərinin addımbaşı pozulduğu müşahidə edilir.

Bununla bağlı Azərbaycan Dil Qurumu İctimai Birliyi ardıcıl monitorinqlərə qərar verib.  Qurum ilk olaraq Bakının Mirəli Seyidov, Puşkin, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli küçələrində, habelə Hüseyn Cavid və Azadlıq prospektlərində, o cümlədən Fəvvarələr meydanında monitorinq aparıb.

Monitorinq zamanı bəlli olub ki, narahatlıq – narahatçılıq, üzr - üzür, kserosürət – kseroks, orijinal – orginal və ya orjinal, fontan – fantan, kompüter – kompyuter kimi yazılıb. Bakı şəhər İcra Hakimiyyətinin asdığı yol nişanında isə “parkinq” sözü düzgün hallandırılmayıb.

Modern.az sözügedən ərazidə yerləşən obyekt adlarında yanlışlığı əks etdirən fotoları təqdim edir:

“Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun (30 sentyabr 2002-ci il) 13-cü maddəsinə görə, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.
















Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM