Modern.az

Seçicilərindən Jalə Əliyevaya böyük dəstək - FOTOLAR

Seçicilərindən Jalə Əliyevaya böyük dəstək - FOTOLAR

Təhsil

26 Oktyabr 2015, 21:23

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir. Namizəd Zərdab rayonunun Çallı, Əlicanlı, Məlikumudlu kəndləri və Bəyimli qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib.

Modern.az xəbər verir ki, görüşdə çıxış edən Jalə Əliyeva deyib ki, bugün Azərbaycan sürətlə inkişaf etməkdə, özünün siyasi və iqtisadi qüdrətini artırmaqdadır. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyasi sayəsində ölkəmiz regionda əsas söz sahiblərindən birinə çevrilib.

Görüşdə Jalə Əliyevanın 5 illik deputatlıq fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.Seçicilər Zərdabın həlli vacib olan məsələlərini , ayrı-ayrı kəndlərin problemlərini Milli Məclisdə gündəmə gətirdiyi və bir çoxunun həllinə nail olduğu üçün Jalə Əliyevaya təşəkkür ediblər.

Çıxış edən rayon ağsaqqalı Hacı Zülfi dövlətin əhalinin sosial təminatının daha da yüksəldilməsi üçün gördüyü işlərdən  çox  razı qaldıqlarını və daima Prezident İlham Əliyevin siyasi xəttini müdafiə etdiklərini deyib. Rayon ağsaqqalı Jalə Əliyevanın millət vəkili kimi fəaliyyətinin nümunəvi olduğunu və bütün zərdablıların 1 noyabr seçkilərində onu dəstəkləyəcəyini qeyd edib.

Jalə Əliyeva hər bir seçicisinin probleminə xüsusi diqqətlə yanaşdığını, onları daima dinləməyə və mümkün olan hər cür köməyi göstərməyə hazır olduğunu deyib. Namizəd deputatlıq fəaliyyətində ona dəstək verən bütün seçicilərinə xüsusi təşəkkür edib.

 


 

 

 

 

 

 

 

 

 

 

 Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi