Modern.az

Öcalan: “Məni ölmüş bilin, buraya da gəlməyin”

Öcalan: “Məni ölmüş bilin, buraya da gəlməyin”

27 Oktyabr 2015, 10:58

Xalqların Demokratik Partiyasının (HDP) Ankaradan  millət vəkili Sirri Süreyya Abdulla  Öcalanın indiki məqamda kürd probleminin həlli məsələsinə necə baxdığını canlı verilişdə izah edib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, gündəmdəki son terror hadisələrini qiymətləndirən Sirri Süreyya Abdulla Öcalanın bu məsələ haqda nələr düşündüyünü söyləyib:
“Öcalanla son görüşdə bizə dedi ki; ehtimalla bu sizinlə son görüşüm ola bilər. Əgər bunlar təkrar bu işi qarşıdurma ölçüsünə gətirsələr, demokratikləşmə cəhdlərini etməzlərsə və sizi müşahidə heyəti ilə göndərməzlərsə, məni ölmüş bilin. Bura da gəlməyin”.

“Nə qədər zamandır Öcalandan bir  xəbər yoxdur” sualına HDP-li deputat belə cavab verib: “Aprel ayından bəri xəbər yoxdur. Ən son mən getdim”.

“Nə düşündüyünü bilirsinizmi” sualına cavabında isə Sirri Süreyya deyib ki, nə düşündüyünü daha əvvəl onlara söyləyib: “Son görüşdə Öcalan bizə dedi ki, əgər bunlar təkrar bu işi qarşıdurma ölçüsünə gətirsələr, demokratikləşmə hücumunu etməzlərsə və sizi müşahidə heyəti ilə göndərməzlərsə məni ölmüş bilin. Bura da gəlməyin. Mənə belə dedi, yanımızda da dövlət vəzifəliləri vardı”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?