Modern.az

Azərbaycanlı biznesmeni öldürən, maşınını yandıran dəstə tutuldu

Azərbaycanlı biznesmeni öldürən, maşınını yandıran dəstə tutuldu

Təhsil

27 Oktyabr 2015, 12:46


Rusiya polisi Peterburqun Puşkin rayonunda itkin düşmüş azərbaycanlı biznesmenin cəsədini aşkar edib.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, oktyabrın 15-də polisə müraciət edən qadın 39 yaşlı Azərbaycan vətəndaşının itkin düşməsi barədə məlumat verib.  

Əməliyyat-axtarış tədbirləri nəticəsində biznemsenin 42 yaşlı Ermənistan vətəndaşı tərəfindən yaradılan 4 nəfərlik qrup tərəfindən öldürüldüyü məlum olub.

İstintaq müəyyən edib ki, Peterburqun “Şaşlıçniy dvorik” restoranında aralasında yaranan mübahisə zamanı qrup üzvləri azərbaycanlını döyərək maşnlarının baqajına atıb, sonra Moskva şossesinin 2 kilometrliyində yerləşən Krasnıy Bor qəsəbəsinə gətiriliblər.   Burada isə ona 13 bıçaq zərbəsi vurararq qətl hadisəsi törədiblər.

Hazırda cinayət faktı ilə bağlı araşdırma aparılır.

Şübhəlilərdən ikisi barəsində həbs-qətimkan tədbiri seçilib. Qalan ikisi başqa yerə getməmək barədə iltizam alınaraq buraxılıb.     

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi