Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 30-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər.