Modern.az

İŞİD-in yeni canlı bomba batalyonu

İŞİD-in yeni canlı bomba batalyonu

27 Oktyabr 2015, 13:37


Terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) intihar bombaçısı edəcək uşaq tapmaqda çətinlik çəkdiyi üçün yeni bir intihar batalyonu qurduğu iddia edilib.

Modern.az xarici mediaya istinadən bildirir ki, təşkilatın hədəfində bu dəfə ərəb qadınları var.

“Suriya Səssizcə Qətl edilir” adlı insan haqları təşkilatı İŞİD-in canlı bomba hazırlamaqda çətinlik çəkdiyini, buna görə hamısı qadınlardan ibarət olan yeni bir intihar bombaçısı batalyonu qurduqlarını bəyan edib.  

“Daily Mail”in xəbərinə görə, təşkilatın qadınların çox şübhə oyandırmadığına inandığını ifadə edən yaraqlılar misirli bir qadına “İntihar bombaçısı olsan, sənə çox pul verərik. Cənnətə ərinin yanına gedərsən”, - deyərək yola gətiriblər.    

Təşkilatın qalası Rakkadakı Farah adlı bir qadının da “İŞİD-çi bir qadın mənə yaxınlaşdı və Rakkanı qorumaq üçün qadınlara ehtiyacları olduğunu söylədi”, - dediyi ortaya çıxıb. Farah sonra deyib:

“Məni İŞİD-ə qatılmağa razı salmağa çalışırdı. Amma məni daha da çaşdıran şey budur ki, yeni bir qadın batalyonuna qatılmamı və döyüşmək yerinə intihar hərəkətləri tənzimləməmi istəyirdi.

Düşmənin bir qadından belə bir şey gözləməyəcəyini söylədi. Mən öldükdən sonra ailəmə göz-qulaq olacaqlarını və bu addımı atmazdan əvvəl böyük miqdarda pul verəcəklərini də vəd etdi”.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM