Modern.az

“Fəthullah Gülənin ARDNŞ-in Türkiyədəki şirkətindəki adamları haqda araşdırma başlayıb”

“Fəthullah Gülənin ARDNŞ-in Türkiyədəki şirkətindəki adamları haqda araşdırma başlayıb”

Təhsil

27 Oktyabr 2015, 15:01

Türkiyənin “Sabah” qəzeti Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavininin və digər vəzifəli şəxslərin hazırda Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti tərəfindən “terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı olması barədə yazıb. Məlumatda bildirilir ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. İddia olunur ki, gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

Qəzetdə Xəzər Strateji Araşdırmalar İnstitutunun rəhbəri Haldun Yavaş, “SOCAR Turkey Energy” şirkətinin baş hüquq müşaviri Fatih Yigit, SOCAR-ın Türkiyədə sahibi olduğu “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyev, “SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız, şirkətin icraçı direktorunun birinci müavini Samir Kərimli,  şirkətin insan haqları departamentinin rəhbəri İlqar Mehmetoğlu , “SOCAR Power”in ortağı Enver Taner Baltacı, “Petkim”in baş direktoru Sadettin Korkut, “SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem, SOCAR İT direktoru Fuat Uludag, satınalmalar üzrə direktor Çetin Korkutun da təriqətin adamları olduğu qeyd edilir.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Modern.az-a açıqlamasında məlumatdan xəbərdar olduğunu bildirib. O qeyd edib ki, bununla bağlı müvafiq qurumlarda araşdırmalar aparılır:

“Bu, bizim səlahiyyətimiz çərçivəsində deyil. Yazıda adları çəkilən şəxslər SOCAR-ın Türkiyədəki törəmə şirkətlərində işləyirlər. Lakin onların nə qədər bu işlə bağlı olub-olmadığı haqqında məsələ bizə məlum deyil. Araşdırma aparılır və nəticələr bəlli olandan sonra bu haqda danışmaq mümkün ola bilər. Yəni bu informasiyanın böhtan və doğru olması bizə hələlik bəlli deyil”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi