Modern.az

“İrəli” sədri: “Əks qüvvələr Azərbaycan seçicisinin fikrinə təsir edə bilməz”

“İrəli” sədri: “Əks qüvvələr Azərbaycan seçicisinin fikrinə təsir edə bilməz”

27 Oktyabr 2015, 13:27

“Azərbaycanda seçkilər üçün təbliğat kampaniyası yüksək səviyyədə həyata  keçirilir. Tam şəffaf və açıq keçirilən seçkilərdə seçicilər heç bir kənar təsir olmadan öz namizədlərinə səs verə bilirlər. Bu, çox müsbət haldır. Ümumilikdə namizədlər təbliğat-təşviqat kampaniyası çərçivəsində işlərinin uğurlu keçməsi üçün qanunvericilik çərçivəsində əlindən gələni edirlər”. Bu fikirləri “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Seçkiöncəsi vəziyyətə münasibət bildirən birlik sədri deyib ki, parlament-dövlət münasibətləri birbaşa ulu öndər Heydər Əliyev ideyalarına söykənir. O, Azərbaycan vətəndaşlarının azad seçki prosesində iştirak üçün həvəsli olmasına da diqqət çəkib. M.Seyidov ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən də söhbət açıb. Bildirib ki, gənclər siyasətinin uğurlu modelini Azərbaycan öz nümunəsində artıq təsdiq edib: “Sevindirici haldır ki, bu gün ölkəmizdə gənclərin parlament seçkilərində namizəd kimi iştirakına da şərait yaradılıb. Konstitusiyaya uyğun olaraq, 25 yaşı tamam olan, ali təhsilli, ikili vətəndaşlığı və məhkumluğu olmayan hər bir gəncin müstəqil şəkildə, yaxud təmsil olunduğu siyasi partiya və ya təşkilat tərəfindən namizədliyi irəli sürülə bilər. Bu, biz gəncləri daha da ruhlandırır. Məhz bu səbəbdən gənclərin inkişaf strategiyasında ən vacib məsələlərdən biri də ilk dəfə səs verəcək gənclərin bu məsuliyyəti hiss edərək, azad seçki hüququ və iştirakdan istifadə etməsidir”.

İRƏLİ sədri gənc seçicilərə seçici hüquqlarının izah edilməsi işlərindən də danışıb:

“Builki parlament seçkilərində paytaxt Bakı və regionlardan ümumilikdə 67500 nəfər ilk dəfə səs verəcək.

“İRƏLİ İctimai Birliyinin aktiv üzvləri seçkilərdə müxtəlif məntəqələr üzrə müşahidəçi statusunda iştirak üçün artıq müraciətlər ünvanlayıb. Düşünürəm ki, gənclər üçün seçki prosesində səs verməklə yanaşı, azad seçki davamiyyətini müşahidə etmək də maraqlıdır. Məhz bu səbəbdən gənclərin parlament seçkilərində aktiv iştirakının təmin olunması üçün təşkilat hədəflərini müəyyən edib. İlk dəfə səs verən gənclər səsvermədə daha aktiv iştirak etməli və öz hüquqlarından maksimum səviyyədə istifadə etməlidirlər Təşkilatımızın üzvləri Milli Məclis seçkilərini aktiv şəkildə müşahidə etməklə yanaşı, ilk dəfə səs verəcək gənclər üçün xüsusi təlimatlar hazırlayıb. Bu təlimatlar paytaxtla yanaşı regiondakı gənclərə də təqdim olunur. İctimai-hüquqi bazaya əsaslanmış təqdimat gənclər üçün potensial seçki hüququndan aktiv istifadəyə yararlı olacaq”. 

M.Seyidov  müxtəlif xarici dairələrdən Azərbaycana qarşı aparılan qarayaxma cəhdlərinə də münasibət bildirib:

“Azərbaycan həm regionda həm də beynəlxalq aləmdə öz sözünü demiş ölkədir. Belə olan halda seçkilərlə bağlı müxtəlif əks qüvvələr tərəfindən qarayaxma cəhdləri gözləniləndir. Çünki bizim uğurlarımıza sevinən dost ölkələrlə yanaşı, əldə etdiyimiz nailiyyətlərdən qıcıqlanan, bizi istəməyən düşmən dairələr də var. Bu, normal haldır. Biz bu təcrübəni hər bir seçki prosesindən öncə, yaxud sonra görürük. Azərbaycan dünya miqyasında hansısa bir ilkə imza atmaq istəyirsə, bəzi təşkilatlarbu uğurun nəticələrini öncədən görür və dərhal da qarayaxma cəhdlərinə start verirlər. Amma bunlar seçki prosesinin ahənginə təsir göstərə bilməz. Azərbaycanın adına yaxılan bütün ləkələr qısa müddət ərzində öz təkzibini tapır. Azərbaycan seçicisi azaddır. Bəzi qüvvələrin ölkəmizə qarşı apardığı qarayaxma cəhdləri ölkə vətəndaşlarımızın iradəsinə təsir göstərə bilməz. Əminliklə deyə bilərəm ki, noyabrın 1-də keçirilən seçkilərdə də xalqımız, gənclərimiz düzgün seçim edəcək, öz səslərini layiqli namizədlərə verəcəklər”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi