ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün cəbhə xəttinin Ağdərə-Tərtər yolunda keçirilən monitoriniq zamanı atəşkəs rejiminin pozulmasına sərt reaksiya verib.
Modern.az xəbər verir ki, “twitter”dəki şəxsi səhifəsində atəşkəs rejiminin pozulmasını pisləyən amerikalı diplomat güllələrdən qorunmaq üçün gizlənməli olduqlarını deyib.
“Təmas xəttini keçdiyimiz zaman atəşkəs rejiminin pozulması ATƏT nümayəndələrini gizlənməyə vadar edib. Bu, yolverilməzdir”.
Xatırladaq ki, bu gün təmas xəttinin Tərtər rayonu ərazisində Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi köməkçisi Anjey Kasprşikin iştirakı ilə baş tutan monitorinq zaman Ermənistan ordusu atıcı silahlardan istifadə edərək atəşkəs rejimini pozub.
Vüqar İsmayılov