Modern.az

Tahir Süleymanov seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

Tahir Süleymanov seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

Təhsil

27 Oktyabr 2015, 17:59


54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Tahir Süleymanov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Tahir Süleymanov bu gün Şabran Su-kanal İdarəsində Mədəniyyət işçiləri ilə görüşünü davam etdirib.

Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Tahir Süleymanov ona olan etimada görə təşəkkürünü bildirib.

Namizəd daha sonra Ağalıq kənd mədəniyyət evində adı çəkilən kəndin sakinləri ilə də görüşüb.

Mədəniyyət işçiləri  və kənd əhalisi  görüşdə çıxış edərək Tahir Süleymanovu yekdilliklə dəstəklədiklərini və seçkilərdə ona səs verəcəklərini bildiriblər.



 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi