Modern.az

Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri 78 yaşı tamamladı - FOTOLAR

Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri 78 yaşı tamamladı - FOTOLAR

Təhsil

27 Oktyabr 2015, 18:45

Bu gün 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim, Azərbaycanı YUNESKO-da uzun müddət təmsil etmiş ziyalı Ramiz Abutalıbovun 78 yaşı tamam olub.
Modern.az-ın məlumatına görə, R.Abutalıbov1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində Xarici Ölkələrlə Əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. 1971-1979, eləcə də 1985-1993-cü illərdə BMT-in  Təhsil, Elm və Mədəniyyət üzrə katibliyinin – YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cü illərdəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində işləyib.

Məşhur diplomat hazırda Moskvada ailəsi ilə bərabər yaşayır. Uzun müddətdir ki, Avropada yaşayan Azərbaycan mühacirləri ilə bağlı dəyərli araşdırmalar aparıb. Topçubaşov, Ceyhun Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin irsinin aşkarlanmasında, qorunmasında təkbaşına mübarizə aparıb.

Hazırda Moskvada yaşayan azərbaycanlı ziyalı kəsimin nümayəndələri Nəsib Nəbioğlu, Robson Məmmədov, Azər Cahangirov, Mərdan Cahangirov, Cəfər Sadıq Ramiz müəllimə media vasitəsilə təbrik mesajlarını çatdırıblar.














Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi