Modern.az

Təhsil Nazirliyindən Dilbər adlı müəllimlə bağlı AÇIQLAMA: “Oxucunu aldatmayın!”

Təhsil Nazirliyindən Dilbər adlı müəllimlə bağlı AÇIQLAMA: “Oxucunu aldatmayın!”

Təhsil

27 Oktyabr 2015, 19:18

Bu gün bəzi xəbər portalları orta məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş “Azərbaycan dili” kitabında kişi müəllimin Dilbər adı ilə təqdim edilməsini dərsliklərlə bağlı növbəti qüsur adlandırıblar.

Modern.az saytı xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov 5-ci siniflər üçün “Azərbaycan dili” dərsliyindəki “İradənin gücü” mətnində müəllimin Dilbər adlandırılmasına belə aydınlıq gətirib:

“Dərsliyin 15-16-cı səhifələrində getmiş “İradənin gücü” mətnində adı çəkilən Dilbər müəllim saytların düşündüyü kimi, kişi deyil, qadındır. Məlumat üçün bildirirəm ki, Azərbaycan dilində cins kateqoriyası olmadığına görə dərsliklərdə hər iki cins üçün yalnız “müəllim” sözü işlədilir. Görünür, həmin yazının müəllifi “Dilbər müəllim” ifadəsindəki “müəllim” sözünün kişiyə aid olduğunu düşünmüş və Dilbər adını kişi adı kimi “anlamışdır”. 
Hekayədə təbiətən çılğın olan Nahidin iradəsinin möhkəmlənməsi üçün müəllimin tövsiyyələri ifadə olunmuşdur.
İnformasiyanın müəllifi hekayəni sonadək oxumadan 15-ci səhifədə verilən Nahidlə yanaşı olan kor kişinin səklini Dilbər müəllim kimi təsəvvür etmiş və milli əxlaqımıza xas olmayan düşüncə tərzi ilə uydurma fərziyyələr irəli sürmüşdür...
Əgər yazar hekayəni axıra qədər oxusaydı, anlayardı ki, Nahidin kürəyinə toxunan Dilbər müəllim yox, əlində əsa olan kor kişi imiş (səh.16, 13-cü abzas).
Təəssüflə bildirirəm ki, xəbər müəllifi dərslikdə xoş niyyətlə verilən tərbiyəvi xarakterli bir mətndən əxlaqi dəyərlərimizdən uzaq olan üzdəniraq “nəticəyə” gəlmişdir. Əslində bununla da özünün natamam müəllif təxəyüllünü ortaya qoymaqla, oxucunu “sensasiyalı” xəbərlə aldatmağa cəhd etmişdir”.




Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi