Modern.az

Adil Əliyev rus icması ilə görüşdü-FOTOLAR

Adil Əliyev rus icması ilə görüşdü-FOTOLAR

Təhsil

27 Oktyabr 2015, 20:03

20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev seçki təbliğatını böyük çoşqu ilə davam etdirir.

Modern.az xəbər verir ki, Adil Əliyev 27 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Veteranlar Şurasında 20 saylı Nərimanov ikinci seçki dairəsinin ərazisində yaşayan rus əsilli seçiciləri ilə görüş keçirib. 

Görüşü açıq elan edən Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev Adil Əliyevin Nərimanov ərazisində yaşayan və  milliyyətindən asılı olmayaraq, daima seçiciləri ilə diqqətdə saxladığını qeyd edib.

Adil Əliyev ilk öncə, Dadaş Rzayevə görüşü təşkil etdikləri üçün öz təşəkkürünü bildirib.

Millət vəkili xüsusilə vurğulayıb ki, ölkədə bütün milli azlıqlar üçün hər çür şərait və imkan yaradılıb:

“Ölkə prezidenti miliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşlarına diqqət və qayğı göstərir. Nərimanov rayonu ərazisində yaşayan rus əsilli sakinlər də seçkidə fəal iştirak edirlər”,-deyə namizəd əlavə edib.

Çıxış edən sakinlər millət vəkili Adil Əliyevin gördüyü xidmət və işlərdən söhbət açıblar. Namizədə seçkilərdə dəstək olacaqlarını bəyan ediblər. 

 

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi