Modern.az

“Əli İnsanov qardaşının yasında iştirakdan özü imtina edib”

 “Əli İnsanov qardaşının yasında iştirakdan özü imtina edib”

Təhsil

27 Oktyabr 2015, 20:58

Mətbuatda məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Modern.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, onun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar xidmətdə baxılıb, humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərar qəbul edilib və Əli İnsanova mərasimdə iştirak etmək üçün icazə verilib.

Lakin, Əli İnsanov özü bu imkandan istifadə etməkdən imtina edib. Təəssüf ki, belə bir hüzn tədbirini öz maraqları naminə istifadə edən Əli.İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yayıblar. 

Penitensiar xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi heç cür mənəviyyata sığmır. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi