Modern.az

Milli Təhlükəsizlik Nazirliyində yeni təyinatlar olub

 Milli Təhlükəsizlik Nazirliyində yeni təyinatlar olub

27 Oktyabr 2015, 22:20

Polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. Modern.az Virtual.az-a istinadən  xəbər verir ki, General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirin katibliyinin rəis müavini təyin olunub.
 
Mədət Quliyevin əmri ilə Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudov isə tutduqları vəzifədən azad olunublar.

Qeyd edək ki, hazırda sərəncamda olan Elşad Mahmudov sabiq nazir Eldar Mahmudovun qohumu deyil.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi