Modern.az-ın xəbərinə görə, “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, bu il Festivalın fəxri qonaqları “Then it’s Hi! Hi! Hee!” filmi ilə Latviyadan VERHOUSTINSKIS ANDREJS, “Sonja and the Bull” filmi ilə Xorvatiyadan Vorkapic Vlatka və Those Who Dare filmi ilə Estoniyadan Mr Kiur Aarma olacaq. Namiq Quliyev həmçinin qeyd edib ki, artıq filmləri Festivalda nümayiş etdiriləcək ölkələrlə bununla bağlı razılıqlar əldə olunub. Bu sırada Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, İsvec, Yunanıstan, Litva və Portuqaliya filmləri var.
Azərbaycanı isə Avropa Kinosu Festivalında Kamran Şahmərdanın yazıçı Elçinin pyesi əsasında çəkdiyi “Qatil” filmi təmsil edəcək.
Festivalın açılışı “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində yerləşən “Park Cinema” kinoteatrında Belçika kinematoqrafçılarının “Turquaze” filminin nümaişi ilə baş tutacaq. Bütövlükdə isə Festival günlərində tamaşaçılara komediya, drama, fantastika, macəra janrında çəkilmiş bədii filmlərlə yanaşı, animasiya və sənədli fimlər də təqdim olunacaq. Filmlər “Park Cinema”nın bütün kinoteatrlarında - Park Cinema Zaqulba, Park Cinema Flame Tower, Park Bulvar i Park Cinema Metropark , həmçinin Nizami Kino Mərkəzində nümaiş etdiriləcək.
Azərbaycanın ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixindən fəaliyyət göstərir. Hazırda şəbəkəyə 5 kinoteatr daxildir. Bu, ümumilikdə 13 zal və 2200-dən artıq oturacaq yeri olan Park Bulvar, Metropark və Amburan kinoteatrları, 2015-ci ildə açılmış 4 zal və 600 yerlik Park Cinema Zaqulba və 3D formatlı 6 zal və 100 yerdən ibarət olan Park Cinema Fıame Tower kinoteatrıdır. Park Cinema Fıame Tower kinoteatrının bir zalı İMAX texnalogisı ilə təchiz olunub. Bu, Cənubi Qafqazın ilk və yeganə belə formatlı kinoteatrıdır. Şəbəkənin bütün kinoteatrlarında ən son texnologiyalardan istifadə olunub və kinoproyeksiya sahəsinin aparıcı brendlərindən avadanlıqlar quraşdırılıb.
F.Əliyeva