Modern.az

Nepalda qadın ilk dəfə prezident seçildi

Nepalda qadın ilk dəfə prezident seçildi

Təhsil

28 Oktyabr 2015, 17:46


Nepalda prezidentlik uğrunda mübarizəni Kommunist Partiyasının lideri Bidhya

Bidhya Devi Bhandarinin zəfəri ilə nəticələnib.

Modern.az xarici mediaya istinadən bildirir ki, beləcə Nepal tarixində ilk dəfə bir qadın respublika başçısı olub.  

Bidhya Devi Bhandari qadın haqları uğrunda uzun müddətli mübarizəsi səbəbi ilə ölkədə qadın hərəkətinin bir simvolu olaraq tanınır.  

Bhandari parlamentdə reallaşdırılan seçkilərdə 317 səslə respublika başçısı seçilib. Bhandari Kommunist Partiyasının keçmiş lideri Madan Bhandari ilə evli olub və 1993-cü ildə ərini bir yol qəzasında itirdikdən sonra siyasətə qatılma qərarı verib.  

Bhandari eyni zamanda Nepalın ikinci respublika başçısıdır.

Ölkədə monarxiya 2008-ci ildə yıxılıb və Federal Demokratik Nepal Respublikası adını aləb.  

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi