Modern.az

İŞİD Əsədin Hələb ilə əlaqəsini kəsdi

İŞİD Əsədin Hələb ilə əlaqəsini kəsdi

Təhsil

28 Oktyabr 2015, 17:54


İraq-Şam İslam Dövləti (İŞİD) Bəşər Əsəd rejiminin Hamadan Hələbə gedən yolunu nəzarətə götürərək Suriya ordusunun Hələb şəhər mərkəzi ilə əlaqəsini kəsib.

Modern.az saytı xarici mediaya istinadən bildirir ki, yerli mənbələrdən alınan məlumata görə, terror təşkilatı İŞİD bu səhər Hələbin cənub-şərqində rejimin nəzarətindəki Safira mahalına girib.

Əsəd rejimi qüvvələri ilə yaşanan şiddətli qarşıdurmaların nəticəsində mahalın yarısı İŞİD-in əlinə keçərkən onlarla Suriya əsgəri girov alınıb. Safira, Hələb- Hama yolu üzərində olması səbəbindən rejim üçün məntiqi və strateji əhəmiyyət daşıyır.  

Hələb çölünün cənub-şərqini əlində tutan Əsəd qüvvələri şimalda və qərbdə müxaliflər, şərqdə isə İŞİD tərəfindən nəzarət altında tutulur. Suriya ordusu, Humus-Hələb quru yolu müxaliflərin nəzarətində olduğu üçün Hələbə Hama üzərindəki bu yoldan gedirdi. 

Hələb-Hama quru yolu son iki il içində bir neçə dəfə müxaliflər və rejim arasında nəzarətə götürülüb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi