Modern.az

Din xadimləri Rafael Cəbrayılova dəstək oldular - FOTOLAR

Din xadimləri Rafael Cəbrayılova dəstək oldular - FOTOLAR

Təhsil

28 Oktyabr 2015, 18:47


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvan şəhərinin din xadimləri ilə görüşüb.

Şirvan şəhərinin ziyalı din xadimlərinin iştirak etdiyi görüşdə hər kəs Rafael Cəbrayılovun Allaha və İslam dininə olan bağlılığını yüksək qiymətləndirdilər. Qeyd etdilər ki, Rafael Cəbrayılov hər zaman əhalinin kimsəsiz təbəqəsinə diqqət və qayğı göstərməklə, bütün Şirvanlılar kimi din xadimlərinin də xüsusi rəğbətini qazanmışdır.

Din xadimləri namizədin platformasında İslam dinin orta məktəblərdə fənn kimi tədris olunmasını xüsusilə vurğulayaraq, yüksək qiymətləndirdilər. Şirvan şəhərinin din xadimləri Rafael Cəbrayılova uğurlar arzulayaraq , bütün din xadimlərinin Rafael Cəbrayılova səs verəcəklərini bildirdilər. 

*** 

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov bu gün növbəti  görüşünü G. Şıxbala və İ.Qayıbov  küçəsinin sakinləri ilə keçirib.

Rafael Cəbrayılov seçiciləri salamlayaraq, seçki platforması haqqında malumat verdi. Qeyd etdi ki,  Şirvanda böyüyən bir insan kimi, kifayət qədər Şirvanla bağlılığım var. Ona görə də Şirvanlıları maraqlandıran məsələləri tam dəqiqliklə bilirəm. Elə bu məsuliyəti dərk edərək Şirvan şəhərindən namizədliyimi vermişəm.

Seçicilər səs verib , mənə etimad göstərsələr, səlahiyyətlər çərçivəsində həmin məsələləri həll edəcəyəm deyen Rafael Cəbrayılov daha sonra seçiciləri dinlədi. Seçicilər Rafael Cəbrayılova Şirvanlılara etdiyi xeyirxahlıqlarla görə təşəkkür etdilər. Görüş zamanı əsasən seçicilər tərəfindən kanalzasiya və məhəllə daxili yolların təmiri ilə bağlı müraciətlər olundu.

Sakinlər Rafael Cəbrayılovla hər zaman onunla fəxr etdiklərini , 1 noyabr tarixində səs verəcəkləri bildirdilər.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi