Modern.az

İŞİD niyə İsrailə dəyib-dolaşmır? - AÇIQLAMA

İŞİD niyə İsrailə dəyib-dolaşmır? - AÇIQLAMA

29 Oktyabr 2015, 10:52



İsrailin müdafiə naziri Moşe Yalonadan ABŞ-da keçirilən mətbuat konfransında, İraq-Şam İslam Dövlətindən (İŞİD) narahat olub-olmadıqları və terror təşkilatının niyə İsraili təhdid etmədiyi soruşulub.

Modern.az xarici mediaya istinadən bildirir ki, Vaşinqtonda amerikalı həmkarı Aston Karter ilə görüşmədən sonra təşkil edilən ortaq mətbuat konfransında bu suala cavab verən Yalona deyib: “Bu ana qədər bizi doğrudan təhdid etmədilər, amma onları Suriyada çox diqqətlə izləyirik”.

Yalon İŞİD-in İsraili təhdid etməməsinin səbəbini terror təşkilatının yeni bir cəbhə açmaqdan çəkinməsi kimi izah edib: “Bunu etsələr, böyük ziyan görəcəklərini bilirlər”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi