Modern.az

Novruz Aslanov gənclər və idmançılarla görüşdü – FOTO+VİDEO

Novruz Aslanov gənclər və idmançılarla görüşdü – FOTO+VİDEO

Təhsil

29 Oktyabr 2015, 13:23


İsmayıllı rayonundan deputatlığa namizəd Novruz Aslanovun təbliğat-təşviqat kampaniyası davam edir. Oktyabrın 28-də İsmayıllı şəhərində növbəti görüşlər gənclər və idmançılarla baş tutub. Novruz Aslanov çıxışında gənclərə və xüsusilə idmançılara dövlətin qayğısından, bu istiqamətdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi davamlı siyasətdən danışmış, uğurlu dövlət layihələrindən söhbət açmışdır.

Çıxış edən gənclər və idmançılar bu qayğıya görə cənab ilham Əliyevə öz təşəkkürlərini bildirmiş, dövlətin bu siyasətini hər zaman dəstəklədiklərini vurğulamışlar.

Məlumat üçün bildirək ki, bu günə kimi Novruz Aslanov 70 kəndin əhalisini əhatə edən 50-dən çox kənddə görüşlər keçirmişdir. Hazırda görüşlər İsmayıllı şəhərində müxtəlif sahələrdə çalışan insanlarla davam etdirilir.

 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi