Böyük İpek yolu BGİ- nın baş katibi Aytən Əliyeva 25-28 oktyabrda Parisdə keçirilən 9-cu Yunesko Gənclər Forumunda iştirak edir. Forumda dünya ölkələrindən 500-dən çox gənc iştirak edir.
Forumun açılış mərasimində Yuneskonun 37-ci konfransının prezidenti Ping Hai, Yuneskonun baş katibi İrina Bokova və BMT baş katibinin gənclərlə iş üzrə xüsusi nümayəndəsi Əhməd Alhendaşi iştirak edib.
“Davamlı inkişaf və iqlim dəyişiklikləri” mövzusunda keçirilən forumda insan haqqları, tolerantlıq, mədəniyyətlərarası dialoq, sülh, gender bərabərliyi kimi mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, Forum ildə iki dəfə keçirilir və qlobal problemlər əsas müzakirə mövzusu olur.
Modern.az