Bir noyabr 2015-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızının təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərin müraciətləri əsasında görüşlər keçirilməkdədir.
T əxminən 45 min seçicini və 250-dən artıq hündürmərtəbəli binaları və fərdi yaşayış evlərini əhatə edən seçki dairəsi ərazisindəki sakinlərin çağırışı və müraciətilə ayrı-ayrı məhəllələrdə keçirilən görüşlərdə deputatlığa namizəd Vəliyeva Sədaqət Süleyman qızına göstərilən rəğbət və hörmət bir daha isbatlayır ki, Sədaqət Vəliyeva seçicilərin etimadını yenidən qazanacaq.Deputatlığa namizəd YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərə öz təşəkkürünü bildirir və deyir ki, ötən 5 il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb.
Həmçinin, sakinlər tərəfindən qaldırılmış məsələlərin vaxtında həll edilməsi üçün müvafiq orqanlara müraciət etdiyini qeyd edən Sədaqət Vəliyeva seçiciləri aktiv olmağa və noyabrın 1-də məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər də öz növbələrində yekdil olaraq bildirirlər ki, YAP-ın Nizami rayonundan namizədliyi irəli sürülmüş Vəliyeva Sədaqət Süleyman qızı hər zaman insanlara xüsusi diqqət göstərib, onların problemlərilə maraqlanıb və həlli üçün səlahiyyətləri və imkanları çərçivəsində səy göstərib.
Onlar bir daha deputat Vəliyeva Sədaqət Süleyman qızının ötən beş ildəki fəaliyyətindən razılıqlarını bildirir və qəti şəkildə deyirlər ki, seçkilərdə Vəliyeva Sədaqət Süleyman qızına yenidən səs verəcəklər.
Həmçinin, Sədaqət Vəliyeva Çobanzadə 61, 63, 65, 71, 73, 75, 77/1 və B.Nuriyev 1a, 3, 5, 14, 16, 16a ünvanlarındakı binaların sakinlərilə keçirilən görüşlərdə deputatlığa namizəd Sədaqət Vəliyevanın ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verilib və onun növbəti 5 illik üçün proqram və platforması barədə seçicilərə məlumat çatdırılıb.
Sədaqət Vəliyeva ilə görüşə gələnlərin sayı həddindən artıq olduğundan onlar həyətlərdə, bloklarda və evlərin dəhlizlərinə yığışıblar.
Deputatlığa namizəd Vəliyeva Sədaqət Süleyman qızının Milli Məclisin deputatı kimi 2010-2015-ci illərdəki fəaliyyətinə dair hesabatı təqdim edib.
Sonra sakinlər ümumi sosial problemlərlə bağlı məlumat veriblər və onların aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş ediblər.
Çıxış edən deputatlığa namizəd, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərə öz təşəkkürünü bildirib və deyib ki, ötən 5 il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb. Həmçinin, sakinlər tərəfindən qaldırılmış məsələlərin vaxtında həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini qeyd edən Sədaqət Vəliyeva seçiciləri aktiv olmağa və noyabrın birində məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər də öz növbələrində yekdil olaraq bildirirlər ki, YAP-ın Nizami rayonundan namizədliyi irəli sürülmüş Vəliyeva Sədaqət Süleyman qızı hər zaman insanlara xüsusi diqqət göstərib.
Onlar bir daha deputat Vəliyeva Sədaqət Süleyman qızının ötən beş ildəki fəaliyyətindən razılıqlarını bildirib və qəti şəkildə deyiblər ki, Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “YENİ HƏDƏFLƏRƏ DOĞRU!” şüarı ilə gedən partiyanın namizədi Vəliyeva Sədaqət Süleyman qızına yenidən səs verəcəklər.
Modern.az