İran xüsusi xidmət orqanları Tehranda fars əsilli ABŞ biznesmeni Simaak Namzini həbs edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Crescent Petroleum Co.” holdiqinin strateji planlaşdırma bölməsinin rəhbəri olan Namazi öz qohumlarını ziyarət edərkən həbs olunub.
ABŞ-ın “Wall Street Journal” nəşrinin yazdığına görə, biznesmeni İran hökumətinə tabe olmayan və yalnız İranın ali dini lideri ayətullah Əli Xamneyinin göstərişlərini icra edən kəşfiyyat qvardiyası həbs edib.
Qərb mətbuatının fikrincə, bu həbs İran-ABŞ münasibətlərində növbəti gərginliyə yol açar, hətta nüvə razılaşmasının icra olunmasında ləngimələrə də səbəb ola bilər.
Son 2 ildə İranda 4 ABŞ vətəndaşına qarşı casusluq ittihamı irəli sürülərək həbs ediliblər.
Vüqar İsmayılov