Modern.az

Kəlbəcərlilərin seçimi Cavid Qurbanovdur – FOTOLAR

Kəlbəcərlilərin seçimi Cavid Qurbanovdur – FOTOLAR

30 Oktyabr 2015, 17:13

 

Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər rayon seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Cavid Qurbanov təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

C.Qurbanov bu dəfə Bakı şəhərində məskunlaşmış Kəlbəcər rayon sakinləri ilə növbəti görüşünü keçirib.

Görüşdə iki min nəfərdən artıq seçici iştirak edib.
Tədbirdə YAP-ın Mərkəzi aparatının nümayəndələri, Kəlbəcər rayon ictimaiyyəti, ziyalılar və digər qonaqlar iştirak ediblər.
Görüşdə iştirak edən bütün kəlbəcərlilər 1 noyabr seçkilərində YAP-dan namizədliyi irəli sürülmüş Cavid Qurbanova səs verəcəklərini bəyan ediblər.


  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi