Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

30 Oktyabr 2015, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 10-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 31-i axşamdan noyabrın 01-i gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?