Modern.az

Məlahət İbrahimqızı: “Gənclər siyasəti dövlətin əsas prioritetlərindəndir” - FOTOLAR

Məlahət İbrahimqızı: “Gənclər siyasəti dövlətin əsas prioritetlərindəndir” - FOTOLAR

30 Oktyabr 2015, 16:53

18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə YAP Nəsimi rayon təşkilatı və onun Gənclər Birliyi tərəfindən  “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” naminə ənənəvi olaraq oktyabr ayında təşkil olunan “Tələbə Ayının” bağlanışına həsr edilmiş yekun tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə təşkilatın sədri,  millət vəkili Məlahət İbrahimqızı Gənclər Birliyinin təşəbbüsünü yüksək qiymətləndirərək “Tələbə Ayı” çərçivəsində keçirilən Futsal dostluq yarışmasının qaliblərinə və  YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi işlərdə fəallıq göstərən gənclərə hədiyyələr təqdim edib. Sədr Azərbaycan gənclərinin dövlət müstəqilliyi və milli dövlətçiliyin güclənməsində və möhkəmlənməsində onların  rolunun əhəmiyyətini vurğulayaraq, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin  dövlət başçısı cənab İlham Əliyev tərəfindən gündən günə daha sürətlə inkişaf etdirilməsindən və bu sahədə əldə olunan böyük uğurlardan danışıb: “Gənc istedadların aşkar edilməsi  və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin və dövlət qayğısının  yaradılması da gənclər siyasətinin dövlətin əsas prioritetlərindən olmasını sübut edir.  Möhtərəm prezident cənab İlham Əliyevin sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malik olmaqla, bu partiyanın  böyük əksəriyyəti də gənclərdir.”

Tədbirin sonunda gənclərin  özfəaliyyət dərnəklərinin və rəqs ansambllarının iştirakı ilə  əyləncəvi proqram keçirilib.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi