Parlament seçkiləri kampaniyasının olduqca vacib mərhələsi - canlı görüşlər və təşviqat-təbliğat başa çatdı.
Noyabrın 1-də dövlətimiz üçün olduqca mühüm əhəmiyyət kəsb edən parlamentə səsvermə keçiriləcəkdir. Əminəm ki, ölkəmizdə mövcud olan siyasi sabitlik, əmin-amanlıq, xalq və prezidentin sıx birliyi səsvermənin böyük fəallıqla, demokratik və azad şəkildə keçirilməsini təmin edəcəkdir.Milli Məclisə seçkilərdə namizəd kimi qatıldığım 60 saylı Salyan-Neftçala seçki dairəsində keçirdiyim görüşlərdə fəal iştirak etdiklərinə, dövlətimizin və ölkə prezidenti İlham Əliyevin ünvanına deyilən xoş sözlərə və mənə verilən dəstəyə, bölgənin sosial problemlərinin həllilə bağlı irəli sürülən dəyərli təkliflərə görə bütün seçicilərimə minnətdarlığımı çatdırır, namizədlər üçün bərabər imkanlar yaradan Mərkəzi və Dairə seçki komissiyalarına, təhlükəszliyimizi təmin edən DİN Salyan rayon şöbəsinin əməkdaşlarına, elektron və yazılı mətbuatda məni yüksək peşəkarlıqla təbliğ etməkdə imkanlarını əsirgəməyən jurnalist dostlarıma səmimi təşəkkürümü bildirirəm.
Əziz seçicilər! Sizi bir daha noyabr ayının 1-də seçkilərdə fəal iştirak etməyə dəvət edirəm. Ümidvaram ki, kütləvi şəkildə məntəqələrə gələcək və vətənpərvər, dövlətimizə, xalqımıza, sədaqətlə xidmət edən peşəkar siyasətçiyə səs verəcəksiniz.
Allah amanında!
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı