Noyabrın 1-də keçiriləcək seçkilərdə səsverməyə rəsmi start verildikdən sonra 125 dairədən deputat mandatı uğrunda namizədlər yarışacaq. Seçicilər müvafiq seçki dairələri üzrə 767 nəfər namizəd arasında seçim etməli olacaqlar.
Modern.az ən çox və ən az deputatlığa namizəd qeydə alınan seçki dairələrinin adlarını açıqlayır:
Ən az namizədliyi qeydə alınan 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 5 saylı Şahbuz-Babək və 7 saylı Ordubad-Culfa seçki dairələridir. Bu dairələrdən 3-4 nəfərin namizədliyi qeydə alınıb.
Ən çox namizədliyi qeydə alınan dairələr isə 16 saylı Yasamal ikinci və 79 saylı İmişli seçki dairəsidir. Yasamal ikinci seçki dairəsindən 10 nəfər, İmişli seçki dairəsindən isə 9 nəfərin namizədliyi qeydə alınıb.
16 saylı Yasamal ikinci seçki dairəsində qeydiyyatdan keçən namizədlərin əksəriyyəti bitərəflərdir.
Deputat mandatı qazanmaq uğrunda 1246 nəfər seçki marafonuna qoşulmuşdu.
Vüsalə Qəzənfərqızı