Modern.az

Prezident yıxılmaqdan son anda qurtuldu

Prezident yıxılmaqdan son anda qurtuldu

30 Oktyabr 2015, 17:40


Zimbabve prezidenti, 91 yaşlı Robert Muqabe yenidən büdrəyib və kütlə qarşısında yıxılmaqdan son anda qurtulub.

Modern.az xarici mediaya istinadən bildirir ki, Nyu-Dehlidə keçirilən Hindistan-Afrika sammitində podiumdakı baş nazir Narendra Modiyə tərəf gedəndə prezident az qalsın ki, büdrəyib aşacaqdı.

Modi dərhal irəliyə gedərək Muqabeyə dəstək verib. Bundan əlavə, iki köçəkçisi də yardıma çatıblar.

Muqabe ilə Modi əllərini sıxıblar. Podiumdan enəndə Modi Muqabenin əminliklə yeriməsinə çalışıb.

Bu ilin fevral ayında Muqabr Efiopiyada keçirilən Avrika ittifaqının sammitindən qayıdanda Harare hav limanında da az qalsın ki, yıxılsın. Bu olay dünya mediasının ciddi reaksiyasına səbəb olsa da, Muqabe bəyan edirdi ki, dəhşətli heç nə baş verməyib. 

Muqabe Cənubi Afrika ölkəsi olan Zimbabveyə 35 ildir rəhbərlik edir. O, 100 yaşına qədər hakimiyyətdə qalmaq iddiasındadır. Konsitusiya ona daha bir dəfə seçilməyə icazə verir ki, 99 yaşına qədər prezident olsun.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi