Modern.az

Uşaqlara məktəb verin...

Uşaqlara məktəb verin...

31 Oktyabr 2015, 10:14

 

Şəkildə gördüyünüz bu uşaqlar məcburi köçkünlərdir. Bir neçə il öncə Gənclikdən, Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasından Binəqədi rayonunun Mehdiabad Gənclər Şəhərciyinə köçürülən məcburi köçkün uşaqlar.

Onları Mehdiabada köçürən zaman məlum oldu ki, şəhərcikdə məktəb yoxdur. Yəni bu uşaqlar üçün məktəb nəzərdə tutulmayıb.

Və elə o zaman aidiyyatı qurumlar məsələnin tezliklə həll olunacağını bildirdilər.

Bəli bildirməyə, bildirdilər! 

Nəticə isə belədir... 

Üstündən bir neçə il keçməsinə baxmayaraq bu uşaqlar binanın zirzəmisində, 10-cu sinif isə dominoxanada dərs keçirlər!!! 

O zaman bu körpələri qinayanlar var idi. 

İndi kim qınanmalıdır..

Biz yazdıq, yada saldıq! Bu qədər... 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi