Modern.az

Fransada kababçılara “müharibə” elan edildi

Fransada kababçılara “müharibə” elan edildi

Təhsil

31 Oktyabr 2015, 10:18


Fransanın cənubundakı Beziers şəhərinin bələdiyyə başçısı Menard fransızca yayımlanan “France 2” televiziyasına verdiyi xüsusi reportajda ölkədə olduqca çox yeyilən fast-food növü olan kabab haqqında maraqlı açıqlamalar verib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Menard bələdiyyə sərhədləri içərisində yeni kabab restoranlarının açılmasına icazə verməyəcəyini söyləyərkən maraqlı bir bənzətmə də edib.

Həddindən artıq sağçı bələdiyyə başçısı deyib: “Ölkədə çox miqrant var, onların sayı lap çoxdur. Restoranlara gəlincə, çoxlu kababçı olduğunu görürəm, onlar da lap çoxdurlar”.

Menardın açıqlamaları sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olarkən bir çox istifadəçi kabab fotoşəkilləri paylaşaraq Menardın rəsmi Twitter hesabına yollayıblar.

Bundan sonra Menard, mövzu ilə əlaqədar “Beziersin kababın paytaxtı olmasına icazə verməyəcəyəm. Bunun bizim mədəniyyətimizlə heç bir ortaqlığı yoxdur”, - tweetini atıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi