Modern.az

Türkiyə üçün bədbin PROQNOZ: “Yeni çaxnaşmalar ola bilər...”

 Türkiyə üçün bədbin PROQNOZ: “Yeni çaxnaşmalar ola bilər...”

Təhsil

31 Oktyabr 2015, 11:03


“Türkiyə müxalifəti koalisiyaya daha maraqlı olduğunu göstərsə də, müşahidəçilərin böyük hissəsi onun kifayət qədər gücü olduğuna tərəddüd edir”.

Modern.az bildirir ki, bu iddia ilə Fransanın “Liberation” qəzeti çıxış edib. Qəzetdəki məqalə noyabrın 1-də Türkiyədə keçiriləcək təkrar parlament seçkilərinə həsr edilib.

“İctimai rəy sorğularının əksəriyyəti hakim Ədalət və İnkişaf Partiyasının növbəti dəfə  uğursuzluqla üzləşəcəyini göstərir və belə olan halda yenidən koalisiya hökuməti formalaşdırmaq zərurəti yaranacaq”, - qəzet yazır.

Bununla belə 5 ay müddətində Türkiyədəki siyasi ab-havanın dəyişildiyi də qeyd edilir. Müəllif yazır ki, 1984-cü ildən PKK və Türkiyə təhlükəsizlik qüvvəlləri arasında gedən hərbi münaqişə bu ilin yayında 3 il davam edən sülh prosesindən sonra yenidən alovlanıb.

Suriya münaqişəsi iyul ayında Surucda, oktyabr ayında İraq-Şsm İslam Dövləti (İŞİD) ilə əlaqəli şəxslərin Ankarada törətdiyi və102 nəfərin ölümünə səbəb olan iki terror aktı ilə birgə Türkiyə ərazisinə də keçib.

Qəzetdə iddia edilir ki, bu hadisələr Avropa İttifaqı da olmaqla Türkiyənin Qərbdəki müttəfiqlərini narahat edir: “Millətçilərin səslərini əldə etmək üçün baş nazir Əhməd Davudoğlu belə bir şüarla çıxış edib: “AKP, yaxud xaos”.

“Bəziləri bu ölkədə sultanlığı bərpa etmək istəyir, onlara bunu imkan verməyin!”, - Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu oktyabrın 30-da seçicilərə bir daha belə müraciət edib.

“Liberation”un yazdığına görə, bu dəfə prezident Rəcəb Tayyib Ərdoğan öz partiyasının təbliğat kampaniyasına rəhbərlik etməyib, çünki onun kampaniyada iştirakı hakim partiya üçün əks effekt verir.

“Əgər bizim xalq hökumət formalaşdırmaq üçün  bir partiyanı seçərsə, inanıram ki, bu sabitliyin geri qayıtmasının əsası olacaq”, - Ərdoğan bu günlərdə deyib.  

Ancaq müşahidəçilərin fikrincə, müxalifət koalisiyaya nə qədər meylli olsa belə, gücü Türkiyədə sabitliyi yenidən bərpa edəcək qədər deyil.

“Ən inandırıcı ssenari – yeni çaxnaşmalardır”, - bunu analitik Aslı Aydıntaş bəyan edib.


Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi