Modern.az

212 sərnişini olan Rusiya təyyarəsi yoxa çıxdı - YENİLƏNİB

212 sərnişini olan Rusiya təyyarəsi yoxa çıxdı - YENİLƏNİB

Təhsil

31 Oktyabr 2015, 11:30

 

Misirin Sinay yarımadasının mərkəzi hissəsində sərnişin təyyarəsi qəzaya uğrayıb. Modern.az bildirir ki, Sky News Arabia telekanalının yaydığı məlumata görə, söhbət göyərtəsində 200-yə yaxın sərnişini olan Rusiya təyyarəsindən gedir.

Onların əksəriyyətinin Rusiya vətəndaşı olduğu bildirilir. Misir hakimiyyəti təyyarənin qalıqlarının tapılması üçün axtarışlara başlayıb.

Telekanalın digər məlumatına görə, göyərtəsində 212 sərnişinin olduğu təyyarə Şarm-əl-Şeyxdən Rusiyaya uçurdu.

“RİA-Novosti”nin yaydığı məlumata görə, “Koqalımavia”ya məxsus olan və Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə havaya qalxandan 23 dəqiqə sonra radardan yoxa çıxıb.

***

Rusiyanın aviasiya xidmətinin nümayəndələrinin verdiyi xəbərə görə, qəzaya uğradığı iddia edilən təyyarə ilə əlaqə yaratmaq mümkün olub. Ekipajın Türkiyənin aviasiya dispetçerləri ilə əlaqəyə girdiyi və hazırda bu ölkəyə tərəf uçduqları bildirilir.

***

“Youm7” ərəb portalı Sinay yarımadasının mərkəzində Rusiyaya məxsus təyyarənin qalıqlarının tapıldığı haqda məlumat yayıb. Nəşrin bildirdiyinə görə, Misirin təhlükəsizlik qüvvələri Sinayın şimalındakı Əl-Ariş şəhərindəki qəza yerini mühasirəyə alıblar. Faciədə həlak olanların evakuasiyası üçün 20-yə yaxın təcili yardım avtomobilinin göndərildiyi də qeyd edilir.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi