Modern.az

Ailə faciəsi: Ana yoxa çıxdı, ata infarkt oldu, oğul intihar etdi

Ailə faciəsi: Ana yoxa çıxdı, ata infarkt oldu, oğul intihar etdi

31 Oktyabr 2015, 12:02


İzmirdə təcili yardımla aparıldığı Karşıyaka Dövlət Xəstəxanasının təcili xidmətindən itən və təxminən 1 ildir xəbər alına bilməyən Aişə Bilərin 43 yaşındakı oğlu Murad Harun Bilər intihar edib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, itkin qadının həyat yoldaşı da infarkt keçirərək ölüb.

İtkin olan Aişə Bilərin bir müddət əvvəl də həyat yoldaşı Remzi Bilər infarkt keçirərək dünyasını dəyişib.

Hadisə oktyabrın 30-da dünən axşam saatlarında Zübeyde xanım prospektində baş verib.

Murad Harun Bilərdən xəbər ala bilməyən qardaşı Pinar Bilər evə getdiyində böyük qardaşını yerdə qanlar içərisində tapınca vəziyyəti tibb və polis qruplarına bildirib. Hadisə yerinə gələn həkimlər Bilərin artıq həyatını itirdiyini deyiblər. Axtarışlara baxmayaraq Aişə Bilərin tapılmamasından kədərə qərq olan həyat yoldaşı Remzi Bilər də sentyabr ayında infarkt keçirib. Hadisə ilə əlaqədar başladılan istintaq davam edir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi