Modern.az

Erməni hərbçi öldü

Erməni hərbçi öldü

31 Oktyabr 2015, 12:17


Yol qəzasında yaralanan Ermənistan ordusunda müqavilə ilə xidmət edən Arutyun Akopyan ölüb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, oktyabrın 24-də Vardenis-Martuni yolunda sükan arxasında 21 yaşlı Tsovak kənd sakini Andranik Ayrapetyanın oturduğu “VAZ-2107” 38 yaşlı Arutyun Akopyanın idarə etdiyi “Volkswagen Vento” ilə toqquşub.

Qəza nəticəsində “Volkswagen Vento”da olan sərnişin, müqavilə ilə xidmət edən 35 yaşlı Vardan Simonyan və 37 yaşlı Qaqik Ovanisyan da xəsarət alıblar. Hospitala yerləşdirilən Arutyun Akopyan orada ölüb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi