Şərif İsmayıl qəza səbəbindən oktyabrın 31-də nəzərdə tutduğu səfərlərini təxirə saldığını da deyib.
Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus-321 təyyarəsi Misirdən Moskva vaxtı ilə saat 6:21-də havaya qalxdıqdan 23 dəqiqə sonra radardan yoxa çıxıb. Təyyarədəki sərnişinlərin hamısının Rusiya vətəndaşları olduğu bildirilir. Qəza zamanı təyyarədə 217 sərnişin, 7 ekipaj üzvü olub.
“Reuters”in məlumatına görə, qəza nəticəsində təyyarə tamamilə parçalanıb.
Modern.az