Modern.az

Moskvada Rövşən Lənkəranskinin silahdaşı tutuldu

Moskvada Rövşən Lənkəranskinin silahdaşı tutuldu

31 Oktyabr 2015, 13:50


Rusiya paytaxtında daha bir “qanuni oğru” saxlanılıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bu dəfə daha çox Dato Svan kimi tanınan David Qerlianinin qanunla bağlı problemi yaranıb. O, Rusiya ərazisində qeyri-leqal vəziyyətdə olub.

Gürcüstan vətəndaşı olan Qerliani hazırda saxlanılıb və onun ölkədən məcburi deportasiyası məsələsi müzakirə edilir.

Dato Svanın tanınmış gürcü “qanuni oğru” Valiko Djedjeyanın (Valter) kürəkəni və Rövşən Lənkəranskinin silahdaşlarından biri olduğu bildirilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi