Modern.az

Vergilər Nazirliyində kadr dəyişiklikləri

Vergilər Nazirliyində kadr dəyişiklikləri

31 Oktyabr 2015, 14:08


Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb.

Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumatda bildirilib ki, Bakı Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi müşaviri Habil Məmmədov Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi təyin edilib.

Həmçinin vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, baş vergi xidməti müşaviri Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçiriliblər. 

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi