Modern.az

Xilasedicilər təyyarə qəzasında ölənlərin meyitlərini tapıblar

Xilasedicilər təyyarə qəzasında ölənlərin meyitlərini tapıblar

31 Oktyabr 2015, 14:30


Misir xilasediciləri Sinay yarımadasında Rusiya məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ilk meyitlərini aşkar ediblər. Modern.az “Reuters”ə istinadən bildirir ki, meyiti tapılanlardan 5-i uşaqdır. Təyyarədə ümumilikdə 17 uşaq olub.

“Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalavia” şirkətinə məxsus Airbus A321 havaya qalxdıqdan 23 dəqiqə sonra radardan yoxa çıxıb. Sonradan içərisində 217 sərnişinin və 7 ekipaj üzvünün olduğu təyyarənin qəzaya uğradığı və tamamilə parçalandığı məlum olub. Təyyarədəki sərnişinlərin hamısı Rusiya vətəndaşlarıdır.

Rusiyanın prezidenti Vladimir Putin həlak olanların hamısının ailəsinə, yaxınlarına başsağlığı verərək baş nazir Dmitri Medvedyevə faciənin araşdırılması üçün xüsusi komissiya yaradılmasını tapşırıb.

“Reuters”in digər məlumatına görə, xilasedicilər bu dəqiqələrdə sərnişinlərin olduqları bölməyə yaxınlaşmağa cəhd edirlər.

“Biz qəzada sağ qalanların ola biləcəyinə ümid edirik. Buna əsas verən səbəb isə qəza yerindən səs eşitməyimizdir”, - xilasedicilər deyiblər.

***

Misir xilasetmə xidmətinin nümayəndəsi təyyarənin qəza nəticəsində iki yerə bölündüyünü bildirib. O, artıq ən azı 100 nəfərin meyitini çıxardıqlarını da deyib.

***

Danimarkanın “De Telegraaf” nəşri Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin sərnişinlərindən 4 nəfərinin sağ qaldığı haqda xəbər yayıb.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi