Daxili İşlər Nazirliyi (DİN) sahibkarlara müraciət edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, DİN "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Prezident İlham Əliyevin 2015-ci il 26 oktyabr tarixli fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsini davam etdirir: "Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 102 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur".
Modern.az