Prezident Vladimir Putin Misirdə qəzaya uğrayan qəza ilə bağlı noyabrın 1-də matəm elan edilməsi ilə bağlı fərman imzalayıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, həmin gün ölkə ərazisində bayraqlar endiriləcək, eləcə də əyləncəli mədəni və teleradio proqramlar yayımlanmayacaq.
Bu gün Şarm-əl-Şeyx dən Sankt-Peterburqa uçan təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib. Sonradan təyyarənin Sinay yarımadasında qəzaya uğradığı bəlli olub.Təyyarədə 217 sərnişin və 7 ekipaj üzvü olub. Hazırda təyyarənin düşdüyü ərazidən meyitlərin çıxarılması işləri aparılır.
Modern.az