MSK sədri Müsavat Partiyasının seçkilərə 10 gün qalmış seçkilərdə iştirakını dayandırmaq haqda qərarına münasibət bildirib.
M.Pənahov deyib ki, MSK bu məsələni müzakirə edib: "Seçki Məcəlləsində bunun həlli yoxdur. Heç kəs onların adını çıxara bilməz. 10 gün əvvəl olsaydı, bu mümkün olardı. Lakin bu 10 gün də gecdir".Onun sözlərinə görə, 10 gündən sonra hansısa namizədin adını siyahıdan çıxarılması mümkün deyil.
"Buna heç kimin ixtiyarı yoxdur. Bu başqa məqsədlər üçün atılan addımlardır. Bu maraqlı və ilk dəfə baş verən hadisədir. Onların adları siyahıda olacaq, seçicilər onlara səs verəcək, seçilsələr seçilmiş deputat olacaq. Parlamentə gedib-getməməsi onun şəxsi işidir".(Report.az)