Noyabrın 1-də parlament seçkilərində səsvermə ilə bağlı 4 təşkilat “exit-poll” keçirəcək.
Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Modern.az saytına deyib ki, onlardan 2-si beynəlxalq təşkilatdır: “Bunlardan biri Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu, o birisi isə ABŞ-ın “AJF&Associates İnc.” vətəndaşlıq təşkilatı olacaq”.Şöbə müdiri onu da qeyd edib ki, “exit-poll” keçirən təşkilatlara texniki dəstək, məntəqələrin ünvanlarını tapmaqda yardımçı ola bilərlər.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə ABŞ-ın “AJF&Associates İnc.” Vətəndaşlıq təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək.
Ağa Akifoğlu