Moder.az xəbər verir ki, Bu gün Zirə və Türkanı qəsəbələrinə “Azərsu” tərəfindən içməli su verildi. Tədbirin açlışında “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Xəzər rayonu icra başçısı İslamov Gülağa Zirə və Türkanı qəsəbə sakinlərini təbrik etdi.
Türkanı Qəsəbə sakinləri öz hisslərini bu cür ifadə etdilər.“Bu günə kimi biz suyu quyulardan çıxarır və ya maşınlardan alırdıq. Əldə etdiyimiz suyun tərkibində yod çox olurdu, standartlara cavab vermirdi. Azərsu”-nun əməkdaşlarına təşəkkür edirəm və bu işdə əməyi keçən insanlara can sağlığı arzu edirəm.”
Zirə qəsəbə sakinləri isə minətdarlığını bildirdi. Zirə qəsəbə sakini Rıza Rəsulov öz hislərini bu cur ifadə etdi. “bu qəsəbədə suyu biz anacaq quyudan və ya maşından alırdıq. Bizim üçün krantlardan içməli suyun gəlməsi inandırıcı görünmürdü. Şükürlər olsun ki, bizim qəsəbədə də içməli su daimi olaraq gələcək. Mən bu işdə işləyənlərə və köməyi keçənlərə təşəkkürümü bildirəm.”
Tədbirin sonunda sakinlərin həyətlərində suyun gəlməsinə baxış keçirildi.
Zirə və Türkanı qəsəbələrnin su ilə təchizatı sistemlərinin yenidən qurulması layihəsi “2014-2016-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ilin mart ayında başlanmışdır. Türkan və Zirə qəsəbələrinə dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular kompleksi seçilmişdir.
Adı gedən qəsəbələrə su Ceyranbatan- Balaxanı-Ramana-Qala-Zirə kəmərindən verilir. Türkan qəsəbəsi ərazisində 800-dək evə birləşmə verilmiş və 400-dək abonent smart sayğac, Zirə qəsəbəsinin ərazisində 700-dək evə birləşmə verilmiş və300-dən çox abonent smart sayğacla təmin olunmuşdur
Qeyd edək ki, 11700 nəfər əhalisi olan Zirə, 11500 nəfər əhalisi olan Türkan qəsəbələrində mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Bu səbəbdən əhali əsasən quyu sularından isdifadə edir və ya içməli suyu maşınlarla alırdı.